Paytaxtın mərkəzi küçəsində baş verən qəzanın nəticələri aradan qaldırılıb - FOTO/VİDEO
Bakının Dilarə Əliyeva küçəsində baş verən qəzanın nəticələri aradan qaldırılıb
1 Avqust 2021 20:05 SosialBakının Dilarə Əliyeva küçəsində baş verən qəzanın nəticələri aradan qaldırılıb.
Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, sözügedən küçədə kanalizasiya deyil, su xətti partlayıb:
"Qaydalara müvafiq olaraq texniki şərt alınıb və qəzanın nəticələri aradan qaldırılılıb".
14:02
Paytaxtın mərkəzi küçəsini kanalizasiya suyu yuyub aparır.
Oxu.Az xəbər verir ki, söhbət Dilarə Əliyeva küçəsindən gedir.
Sakinlərin sözlərinə görə, ərazidə artıq beş gündür ki, kanalizasiya suyu axır.
Aidiyyəti üzrə qurumlara, qəza xidmətinə müraciət edilsə də, maraqlanan olmayıb. Yaxınlıqdakı binalarda yaşayan sakinlər üfunət qoxusundan şikayətçidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31