Serbiyalı nümayəndələr DOST Mərkəzində olublar

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olublar. "Olaylar" xəbər verir ki, qonaqlar Mərkəzdə ulu öndər Heydər Əliyevin irsi, Azərbaycanın tarixi və  mədəniyyətini, incəsənətini əks etdirən eksponatlarla, virtual sərgilərlə tanış olublar. Nümayəndə heyəti 4 saylı DOST mərkəzinə gələrək, burada vətəndaşlara müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə göstərilən xidmətlərlə tanış olublar. Qonaqlara Azərbaycanın DOST konsepsiyası, DOST mərkəzlərinin dövlət sosial xidmətlər sektoruna gətirdiyi əsaslı keyfiyyət dəyişikliyi, innovativ üstünlüklər barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31