Gəncədə “Xaş-xaş-2021” əməliyyatı keçirilib
7 İyul 2021 10:59 SosialGəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Gəncə çayının sol sahilində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Olaylar"a verilən məlumata görə, ümumi çəkisi 1306 kiloqramdan artıq olan, 40201 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31