Toy günündə tapılan şəhid - VİDEO

Elvin Mustafayev Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub

Olaylar.az Real TV-ə istinadən bildirir ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bu xalqın hər zaman qəhrəman oğulları olub və olacaq da.Həmin Qəhrəmanlarımızdan biri də Elvin Mustafayevdir. O vətən müharibəsində torpaqlarmızın azadlığı uğrunda döyüşlərdə şəhid olub. O1992-ci il martın 14-ü Gəncə şəhərində doğulub. Döyüşlərə könüllü qatılan Elvin 27 sentyabr Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də isə nəşi tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31