Yardımlıda bir yaşlı körpə quyuya düşərək öldü

Yardımlı rayonunda dəhşətli hadisə baş verib.

Olaylar.az-ın xəbərinə görə, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.

Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31