Bir gündə 62 min nəfər peyvənd etdirdi
28 May 2021 16:47 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 296 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 155, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 141 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 169 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 279 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 889 829 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31