Hərbçilərimiz “Anatolian Phoenix-2021” təlimində praktiki uçuşlar icra edir - FOTO
28 May 2021 14:50 SosialAzərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları "Anatolian Phoenix-2021" təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31