Bakıda mağazadan soyğunçuluq edən şəxs tutulub
28 May 2021 11:44 SosialBakıda mağaza sahibinə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S. Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31