Masallıda 5 nəfər zəhərləndi
28 May 2021 11:10 SosialMasallıda 5 nəfər zəhərlənib.
Olaylar.az-ın verdiyi xəbərə görə, hadisə ötən axşam rayonun Şərəfə kəndində baş verib.
Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub.
Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub.
Demələrinə görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər. İlkin zəruri tibbi yardımlardan sonra onlar infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Müvafiq analizlər götürülüb, vəziyyətləri stabildir.
(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31