Həftəsonları avtobus və metro işləyəcək? - Prezidentin köməkçisindən AÇIQLAMA

Həftəsonları ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.

Olaylar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.

Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:

"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31