Sabir Rüstəmxanlının UZUN və İNCƏ YOLU...
20 May 2021 13:08 SosialBarış Manco demişkən doğulandan uzun və incə bir yoldayıq. Gecə-gündüz getdiyimiz uzun bir yolda...
O da hamı kimi bir zamanlar bu yolun səyahətinə çıxdı. Adına ömür dediyimiz bir yolun...
Başqalarından fərqli olaraq onun yükü çox ağır oldu. Amma sevə-sevə daşıdı bu yükü. Bəlkə də doğulduğu məkanın gözəllikəri idi. İçinə Azərbaycan boyda dünyanın məhəbbətini sığdıran... və o, bu Azərbaycanı hamıdan cox sevdi. Hər şeydən çox sevdi və 75 ildir ki - elə doğulduğu gündən - bu sevgini canında-qanında, ruhunda, əməlində daşıyır. Bu qədər sevməsəydi, sevgisi bu qədər böyük olmasaydı, o da Sabir olmazdı. Sabir Rüstəmxanlı olmazdı. Deyirlər ki, insan dünyaya gəlməmişdən əvvəl Uca Rəbbimiz onun missiyasını alnına yazır. Sabir Rüstəmxanlıya yazılan alın yazısı Azərbaycanı sevmək oldu. Onun dərdlərini çəkmək oldu. Bu dərdləri kitablara köcürmək oldu. Bu dərdləri tarixə cevirib gələcəyə daşımaq oldu.
Sabir Rüstəmxanlı -sözünün ağası, əməlisaleh, vətənsevər, onun hər daşına, hər qayasına, hər otuna belə vurğun adam. Həyatından, yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən yazılsa kitablara sığmaz. O geniş təqdimata, tanıtıma ehtiyacı olmayan şəxsiyyətlərdəndir. Sabir adı, Rüstəmxalı soyadı tanıtım üçün yetər. 75 yaşı tamam olur. Amma bircə kəlməsi kifayətdir ki, bu insanın həmin o uzun və incə yolu 750, bəlkə də 7500 ildi gəldiyini anlayasan.Ruhən gəncdir, cavandır, amma həm də dünyəvi ixtiyarlığı var. Nə deyək, Sabir müəllim? Uzun, incə yola davam... Sizsiz həmin yolun gözəlliyi olmaz....
Olaylar