Açıq havada maskadan istifadə ləğv olunur - TƏBİB rəsmisi

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır:

"Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31