Baş Prokurorluq saxta testlərlə bağlı araşdırmaya başladı
19 May 2021 15:57 SosialBəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center" və "Oksigen" klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31