"Qadın öz gəlinliyini geyinməlidir, kirayə götürməməlidir" - VİDEO

 

Əməkdar artist Elza Seyidcahan "MTV Azərbaycan" kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, sənətçi veriliş zamanı maraqlı açıqlamaları ilə diqqət çəkib:

 

"Həyatda o qədər haqsızlıq gördüm ki, məcburən məni Elzalığımdan çoxdan çıxartdılar. Həyat yoldaşım ata-ana evinə getməyə icazə vermirdi, həsrət qalmışdım. Elə yaxşı ki, ailəm dağıldı. Bağışlayanam amma küsüb getdimsə, heç vaxt geri qayıtmıram. Gəlinlik qadının özünə, yarına məxsusdur. Gəlinlik qadının bəkarətidir. Qadın öz gəlinliyini geyinməlidir, kirayə götürməməlidir!!! Mən özüm bugünə kimi gəlinliyimi sandıqda saxlamışam. İnsanlar var ki, ayağım qoyulan yerə başlarını qoyurlar. Özümə şou sənətkarı deyirəm. Həm sənətkar, həm də sənət xadiməsiyəm. Bəziləri var ki, onları süpürgə kimi silib atıram. Heç vaxt xəyanət görmədim. Amma mənə qarşı çox qısqanclıqlar oldu. Qadın kişinin yanında zərif, incə olmalıdır. Kişilər güclü qadınları görür amma boyunlarına almır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31