Ağadadaş Ağayevin ölüm xəbərinə REAKSİYA
6 May 2021 11:49 SosialAparıcı Hacı Nuran sosial şəbəkə hesabında Əməkdar artist Ağadadaş Ağayevlə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, o, İnstagram hesabında sənətçi ilə fotosunu paylaşaraq, səhhətinin yaxşı olduğunu və mətbuatda A.Ağayevin ölümü ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu bildirib:
"İnsanın hissləri ilə oynamaq olmaz... Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31