İşğaldan azad olunan ərazilərdə  hava limanlarnın fəaliyyəti strateji əhəmiyyət daşıyır

Bu, iqtisadi və təhlükəsizlik baxımdan səmərəlidir

Bu, iqtisadi və təhlükəsizlik baxımdan səmərəlidir

İşğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri, xüsusən infrastrukturun yaradılması işləri davam etdirilir. Xüsusən, həmin ərazilərdə beynəlxalq hava limanlarının tikintisi daha ciddi mətləblərdən xəbər verir. Cəbrayıl və Zəngilana növbəti səfəri zamanı İlham Əliyev hər bir azərbaycanlını qürurlandıracaq addımlar atdı. Zəngilanda Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun, həmçinin "ağıllı" kənd pilot layihəsinin təməlini qoydu. "Böyük Qayıdış"a start verən İlham Əliyev dosta da, düşmənə də mesaj verdi: Qarabağı dəmir yumruqla aldığı kimi, quruculuğuna, dirçəlişinə də  memarlıq edir və bunun üçün lazımi gücü, qüvvəsi də var!" Dövlət başçısı bəyan etdi ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Yeri gəlmişkən qeyd edək ki,  Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək. Belə ki, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalayıb.  Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərinin işğalından öncə şəhərdə yerli əhəmiyyətli olsa da hava limanı mövcud idi. Bu hava limanı da bütün şəhər kimi son 27 ildə xarabalığa çevrilmişdi. Bu hava limanının uçuş zolağı 1600 metr təşkil edib. Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olub. Hava limanının tikintisi prezidentin bölgəyə səfərindən sonra dərhal başlanıb. Plana əsasən cari ildə uçuş-enmə zolağı, eləcə də perron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq. Onu da qeyd edək ki, tikinti getdiyi ərazi döyüş bölgəsi olduğundan, düşmən tərəfindən minalanıb. Bu amil də tikintinin sürət tempinə təsir göstərir. Belə ki, tikinti ilə yanaşı minalardan təmizləmə işi paralel aparılır. Aeroportun tikintisinə müasir texnologiyalardan istifadə edilir. Bu məqsədlə iki müasir tipli asfalt-beton qurğusu alınıb, həmçinin üç doğrayıcı-çeşidləyici qurğu da inşa olunub və bir ədəd beton zavod, 1 ədəd qarışdırıcı mexaniki qurğu quraşdırılıb. 2021-ci ilin yazından sonra isə tikintidə 24 saatlıq iş rejimi təşkil edilib. Maraqlıdır, işğaldan azad edilmiş rayonlarda üç beynəlxalq hava limanının tikintisinə nə dərəcədə ehtiyac var?

Əvvala qeyd edək ki, sözügedən ərazidə beynəlxalq hava limanlarının tikintisi təhlükəsilik baxımından ölkəmiz üçün kifayət qədər əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, bizim erməni kimi məkirli düşmənimiz var və düşmən tərəfindən hər an təxribat, terror xarakterli addımlar gözləniləndir. Belə halda mülki məqsədlər üçün nəzərdə tutlan hava limanlarını hərbi təyinata çevirmək elə də çətin olmur. Nəzərə alamaq lazımdır ki, keçmiş Sovetlər ittifaqında belə praktika möbcud idi və ölkənin ən müxtəlif bölgələrində kiçik həcmli olsa da aeredromlar inşaa edilirdi. Belə aeredromlar hərbi təyinatlı təyyarələrin uçuş və enişi üçün nəzərdə tutulurdu. Beynəlxalq hava limanlarının iqtisadi qiymətləndirilməsinə gəldikdə millət vəkili Vüqar Bayramov bildirib ki, belə hava limanlarının tikintisi Azərbaycan üçün iqtisadi dividentlər vəd edir: "İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməl qoyma mərasimi keçirildi. Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir. İqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad oluna ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan tursit səfərlərini asanlaşdıracaq". Millət vəkili qeyd edib ki, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq: "Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq həm sərnişin, həm də beynəlxalq yük daşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanıarı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31