Vaqif Şixəliyevin oğlu vəzifəsindən azad edildi

Daşkəsən rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

 RİH-nin başçısı Əhəd Abıyevin əmri ilə, hüquq şöbəsinin müdiri Elmar Şıxəliyev vəzifəsindən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, E.Şıxəliyev Sabirabad RİH-nin sabiq başçısı Vaqif Şıxəliyevin oğludur.

Xatırladaq ki, V.Şıxəliyev 1993-cü ildən 1995-ci ilədək Sabirabad rayonunun icra başçısı olub.(unikal.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31