Azərbaycanda sərt karantinlə bağlı YENİ XƏBƏR - VİDEO

 

"Azərbaycanda gündəlik ortalama 12-14 min insan test olunur. Bizim peyvənd sayımız test sayımızdan 4-5 dəfə çox olsa, gündəlik 50-60 min peyvənd vura bilsək, insanlarımız randevularını götürüb daha çox peyvənd olunsalar, daha tez virusun öhdəsindən gələcəyik".

Bu sözləri ARB24-də yayımlanan "İş vaxtı" verlişində qonaq olan Almaniyada çalışan həkim Ümüd Səlimzadə bildirib.

Onun sözlərinə görə, vaksinasiya prosesi nə qədər tez həyata keçirilərsə, karantinin yumşalmaları daha tez ola bilər: "Əhali daha tez peyvəndlənməyə getməlidir. Biz nə qədər tez peyvəndlənə bilsək, İsrail və Böyük Britaniyanın misalında o qədər tez yumşalmalara gediləcək". //Baku.ws

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31