Abşeronda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 2021 17:31 SosialAprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət başçısına və birinci xanıma kompleks barədə məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəziblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31