Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
14 Aprel 2021 13:37 Sosial"AzeriCard" prosessinq mərkəzi 2021-ci il aprelin 15-də xidmətlərin göstərilməsini dayandıracaq.
Mərkəzin Vətəndaşlara xidmət departamentindən bildiriblər ki, xidmətlərin göstərilməsi gecə 01:30-06:00 arası dayandırılacaq.
Qeyd olunub ki, bu müddət ərzində prosessinq mərkəzinin əməkdaşlıq etdiyi bütün bank kartları ilə əməliyyatlar söndürüləcək. Bu, şirkətin göstərdiyi xidmətlərin yenilənməsi və təkmilləşdirilməsi işləri ilə bağlıdır.milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31