Tovuzda ağır qəza: Üç nəfər yaralandı
11 Aprel 2021 11:51 SosialTovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Olaylar.az-ın məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.
VAZ markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər - 1993-cü il təvəllüdlü Arzuman Əhmədov, 1962-ci il təvəllüdlü Orxan Novruzov və 1962-ci il təvəllüdlü Felya Əhmədova xəsarət alıblar.
Onlardan biri təcili tibbi yardım maşını ilə, digərləri isə vətəndaşların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
(Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31