Bakıda daş karxanasında çalışan işçi faciəvi şəkildə ölüb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.