Parlament Hesablama Palatasının da hesabatını dinləyəcək
5 Aprel 2021 10:46 SosialHesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisdə müzakirə olunacaq. Məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatına baxılacaq. Məlumat üçün bildirək ki, Hesablama Palatasının hesabatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olub. Aprelin 8-də keçiriləcək həmin iclasa parlamentin 5 komitə sədri də qatılacaq. Eyni zamanda, ictimai sektorda çalışan nümayəndələr də Hesabalama Palatasının fəaliyyətinin müzakirəsində iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31