Toy mərasiminə qatılan 15 nəfər cərimələnib
5 Aprel 2021 10:26 SosialSaatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini İlqar Mahmudovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib. İ.Məmmədov və məclis iştirakçılarından 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31