Azərbaycanda "TikTok" qadağan edilir? - AÇIQLAMA

Dünyada və Azərbaycanda milyonlarla istifadəçiyə çatan "TikTok" artıq yeni dövrün fenomen platformasına çevrilib. Hətta bu sosial şəbəkə qeyri-qanuni əməllər - narkotika və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə proqram qadağan olunub. Cəmiyyətimizdə "TikTok" proqramına münasibət birmənalı deyil. Hətta bu sosial şəbəkənin bağlanmasını istəyənlər də az deyil. Azərbaycanda TikTok qadağan oluna bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, "TikToK" sosial şəbəkəsinin bağlanması ilə bağlı müzakirələrin aparılması çox önəmlidir: "Çünki TikTok idarə və nəzarət olunmayan sosial şəbəkədir. Biliriniz "Facebook"- da hər videonu yaymaq və paylaşmaq qadağandır. Eləcə də digər sosial şəbəkələr. "TikTok"dan fərqli olaraq o sosial şəbəkələr hər videonun yayılmasına icazə vermir. Ancaq "TikTok"da istənilən video paylaşılır. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə edir. Bu da gələcəyimizin təhlükə altına atmış olur. Ona görə də mən "TikTok"-un əlehinəyəm. Düzdür, hərdən "TikTok"-da zarafat videoları da olur. Ancaq əxlaqa təsir edən videolar daha çoxdur. Ona görə də hesab edirəm ki, bu məsələdə biz hər birimiz diqqətli olmalıyıq. Çalışmalıyıq ki, övladlarımız bu sosial şəbəkənin qurbanı olmasın". sonxeber

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31