Xəbərdarlıq: Aprel-may aylarında koronavirusa yoluxmalar artacaq
3 Aprel 2021 09:39 Sosial"Aprel-may aylarında koronavirusun mövsümi xarakter daşıdığına görə yoluxma halları artacaq".
Bunu Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
T.Qolikova əhalinin koronavirusa qarşı peyvənd olunmasını vəziyyətin sabitləşməsinin açarı olduğunu vurğulayıb: "Vətəndaşlarımızı peyvənd olunmağa çağırıram, çünki əzizlərinizin, birlikdə çalışdığınız işçilərin sağlamlığını qorumaq vacibdir".
Baş nazirin müavini əlavə edib ki, peyvənd vurulduqdan sonra məhdudlaşdırıcı tədbirləri davam etdirmək çox vacibdir: "Məhdudlaşdırıcı tədbirlərin tez aradan qaldırılması üçün qaydalara əməl etməklə çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31