Deputat beynəlxalq təşkilatları qınadı
2 Aprel 2021 11:47 Sosial"Cəbrayılda salamat qalan məscid yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi işğaldan azad edilən ərazilərdə 67 məscid dağıdılıb, cəmi 3 məscid salamat qalıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, ermənilərin vəhşiliklərinə beynəlxalq təşkilatlar, jurnalistlər reaksiya vermir: "Niyə ancaq ermənilərin hərbi hissənin yanında tikdikləri kiçik kilsə ilə bağlı ajiotaj yaradırlar? Ermənilər bu ərazilərdə çoxlu sayda mina basdırıblar. Bizim insanlarımız həmin ərazilərə gedə bilmir. Gözləyirik ki, həmin media qurumları və beynəlxalq təşkilatlar bu məsələlərə də eyni reaksiyanı verəcək və ermənilərin caniliyini aşkara çıxaracaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31