Yeni əskinaslarda tarixi rəmzlərimiz niyə çıxarılıb?
2 Aprel 2021 11:25 Sosial"Dövriyyəyə buraxılan yeni 5 manatlıq əskinasların üzərində olan simvollardan bizim kökümüzə bağlılıqla bağlı simvolların əksəriyyəti çıxarılıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyev Azıx mağarasına uzanan pilləkənləri fəth edərək Azərbaycanın nə qədər qədim olmasını dünyaya sübut edirdi: "Azərbaycanın köhnə əskinaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əskinaslardan çıxarılıb. Müvafiq qurumlara sual ünvanlamaq istərdim ki, bunu niyə ediblər? Ən azından Azıx mağarası ilə bağlı simvol həmin əskinaslarda əks olunmalı idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31