Hazırlıq kursları bağlanmayacaq
1 Aprel 2021 16:12 SosialBakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.
Olaylar.az xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.
Bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.
Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31