Bakı Dövlət Sirkinə yeni sözçü təyin edilib

Bakı Dövlət Sirkində kadr təyinatı olub.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, sirkin direktoru Elmir Hüseynovun imzaladığı müvafiq əmrlə Kadrlar şöbəsinin rəisi vəzifəsi Günel Əliyevaya həvalə edilib.

Sirkin Kadrlar şöbəsinin rəisi həm də mətbuatla əlaqələr üzrə məsul şəxs sayılır.

Qeyd edək ki, Bakı Dövlət Sirkinin Kadrlar şöbəsinin rəisi Mahir Hümbətov vəzifəsindən azad olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31