Vətənpərvərlikdən qəhrəmanlığa yüksələn yol

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Məlumdur ki, ən qədim sosial institut olan bu "kiçik dövlət"lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Ailədə vətənpərvərlik tərbiyyəsi yeksək səviyyədə olduqda istət-istəməz gənc nəsil Vətənə, torpağa bağlı olur.

Odur ki, biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, neçə-neçə Vətən oğullarının canlarını qurban verdiklərini, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Bu isə o deməkdir ki,  ki, ailə tərbiyəsi təsadüfən yaranmayıb, bu uzun illərin təcrübəsi nəticəsində formalaşıb. Etiraf edilməlidir ki, gənclərin vətənpərvər ruhda,  şəxsiyyət kimi böyüməsində ailə tərbiyəsinin xüsusi yeri var. Ona görə ki, insan ilk tərbiyyəni ailədə alır. Onun dünyagörüşünün formalaşması isə gənclik dövrünə təsadüf edir. Ailədə vətənpərvərlik tərbiyyəsi alan gənclərimizdən biri də Sadiyev Bəhruz Poladxan oğludur. Məhz aldığı tərbiyyə onu işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmana çevirib.

Bəhruz Sadiyev 1 yanvar 1985-ci ildə Yardımlı rayon Bozayran kəndində anadan olub. 1992-ci ildə 1-ci sinifə daxil olub, 2003-cü ildə 11-ci sinigi bitirərək Heysər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2007-ci ildə həmin məktəbi Yerustu Artilleriya ixtisası üzrə bitirib. 2007-2008-ci illərdə Silahlı qüvələrin Təlim Tədris mərkəzində yerüstu artilleriya üzrə təhsilimi davam etdirib. 2008-ci ildə N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb. Onun hərbi təcrübəsi, peşəkar hərbçi olması vəzifədə irəli çəkilməsinə səbəb olub. Belə ki, 2010-cu ildə batareya komandiri vəzifəsində, 2014-2015-ci illərdə maddi-texniki təminat üzrə müavin bəzifəsində xidmət edib. 2015-2016-cı illərdə  Türkiyə Silahlı Qüvbələrinin hərbi akademiyasında təhsilimi davam etdirib. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında magistratura üzrə təhsilimi davam etdirib. 2017-2019-cü illərdə N saylı hərbi hissədə divizionun qərargah rəisi vəzifəsinə təyin olunub. 2019-2021-ci illərdə Divizion komandiri vəzifəsində xidmətini davam etdirib.

Peşəkar hərbçi olan Bəhruz Sadiyev 44 günlük Vətən müharibəsində ilk döyüşə atılanlardan olub. Bəhruz Sadiyev 27 sentyabrdan oktyabrın 2-dək Agdam iatiqamətində gedən döyüşlərdə, 2 oktyabrdan etibarən Cəbrayıl, Füzuli, Hadrut, Daşaltı və Şuşa ugrunda döyüşlərdə şücayətlə iştirak edərək misili görünməmik qəhrəmanlığa imza atıb. Döyüş bölgəsində göstərdiyi qəhrəmanlığa görə, "Azərbaycan Bayrag Ordeni", Cəbrayıl, Füzuli, Xocəvən ugrunda medallarla təltif olunub. Etiraf edilməlidir ki, hərbçilərimizin göstərdikləri bu cür qəhrəmanlıq səlnamələri gənclərimiz üçün əsil vətənpərvərlik nümunəsidir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31