Professorun əmlakını dağıdıblar

                                   Kərəm Kərimov

                               Tibb elimləri doktoru, professor,

                                Əməkdar elm xadimi.

Yazının əsas məzmununu qələmə almamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin dərin və geniş əhatəli, yüksək fəlsəfi düşüncəyə malik olan müdrik kəlamını qeyd etmək yerinə düşər: Ümümmilli liderimizin dediyi kimi, "Mən xalqımın, vətənimin yolunda şəhid olmağa hazıram". Ulu Öndərin bu müdrik kəlamının mahiyyətini dərk edərək həmişə xalqın sağlamlığı keşiyində sadiq əsgər kimi dayanmış, xidməti borcunu bacardığım qədər yerinə yetirmiş minlərlə insanı korluqdan xilas etmişəm. Tələbəlik və sonrakı fəaliyyətimdə görkəmli alimlərdən dərs almış, korifey alimlərdən akademik Zərifə Əliyevanın sənət məktəbini keçmişəm. Demək istəyirəm ki, peşəkarlardan dərs alıb, bugünki təbabətdə qazandığım uğurlara görə onlara borcluyam. 45 il ərzində 60 minə yaxın cərrahi əməliyyat, 200 mindən artıq insana tibbi xidmət göstərmişəm. Elmlər doktoru, professor, əməkdar elm xadimi kimi elmi və fəxri adlara layiq görülmüşəm. İndi keçək əsas məsələyə. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadratmetr torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə mənim adıma Daşınmaz Dövlət Reysterində 503 saylı Reyester kitabının 47308 nömrəli vərəqində 1120029364 qeydiyyata alınmışdır. Həmin fərdi tikinti sahəsində  gözün quzehli qişası - əlvan təbəqəsi üzrə orqanizmdə baş verən patoloji dəyişikliklərlə bağlı "İridologiya" elmi redaksiyasının maddi və texniki bazasına aid əmlakın bir hissəsi qorunur. Keçən ilin 7 aprelində Reyster xidmətinin qəbzi və tikintiyə aid müvafiq rəsmi sənədlər olmasına baxmayaraq "COVİD -19" pandemiyası ilə əlaqədar xüsusi karantin zamanı Bakı şəhəri, Teymur Elçin küçəsindəki 6 saylı evimin yerləşdiyi ərazi üzrə Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 58 və 8, 46 saylı Mənzil Komunal İstismar sahəsinin digər işçiləri məhkəmə qərarı olmadan qanunsuz olaraq Səbail MKTB-yə məxsus "Bobkot" tipli kran və digər texniki vasitələrdən istifadə edərək 6 saat ərzində həmin evimi və oradakı "İridologiya" elmi redaksiyasının maddi texniki bazasına aid əmlakın bir hissəsinin yerləşdiyi sahəni söküb uçuraraq tam yararsız vəziyyətə salmışlar. Bununla yanaşı qanunsuz söküntüyə məruz qalmış həmin yaşayış məntəqələri üçün nəzərdə tutulmuş 130.90 kvadrat metr ölçüdə torpaq sahəsində yerləşən fərdi yaşayış evimə tam mülkiyyət hüququ keçən ilin mayında Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin Daşınmaz Əmlakın 503 saylı Reyster kitabının 47308 nömrəli vərəqində 1120029364 rəqəmi ilə qeydiyyata düşmüşdür. Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənim şəxsi mülkiyyətim Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə tələb olunmayan tikinti obyektləri sırasındadır.      

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin belə qanunsuzluqlara yol verənlərə mübarizə yolu hamıya və hər kəsə örnək məktəbi idi. O, yeganə şəxsiyyət idi ki, böyük naqislikləri üzə çıxarıb, hamının hamılığını hamıya tanıtdı. "Ayrı-ayrı insanlar ləyaqətlərini itiriblər, xalq haqqında düşünmək əvəzinə, millət haqqında düşünmək əvəzinə respublikanın iqtisadiyyatını normal vəziyyətə salmaq əvəzinə tutduğu vəzifədə hərə özü üçün xüsusi bir gəlir götürmək istəyir. Özü də bu gəliri nə təhər deyərlər, bir balaca insaflı götürsə, yenə deyərsən ki, buna bəlkə dözmək olar. Ancaq bunlar o qədər yırtıcı olurlar, o qədər gözü ac olurlar ki, heç bir şeylə doymurlar. Belələri bizim içimizdə hələ də var".

Məlum olduğu kimi  möhtərəm prezidentimiz İlham Əliyev də belə mübarizə aparır, çıxışlarında belə məmurları düzgün yola qayıtmaq, dövlətdən etimad alıb insanlara ləyaqətlə xidmət etməyə səsləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31