Bakıda tozun miqdarı normadan artıqdır

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır. 

Milli Hidrometeorologiya Xidmətindən "Olaylar.az" saytına verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31