Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərə PİS XƏBƏR
1 Aprel 2021 13:20 SosialAzərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.
Olaylar.az xəbər verir ki, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.
Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.
(apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31