Uşaqları almaq üçün xanımını məhkəməyə verdi
1 Aprel 2021 10:50 SosialƏməkdar artist Mətanət İskəndərlinin oğlu Kərimin və gəlini Canananın ötən gün məhkəməsi keçirilib. Proses zamanı Kərimin uşaqlarının qəyyumluğunu almaq üçün xanımını məhkəməyə verdiyi öyrənilib.
Bu haqda Axşam.az-a açıqlama verən Canana bildirib ki, Kərim övladlarını onun əlindən almaq istəyir:
"Boşanma rəsmiləşəcəkdi. Amma qəyyumluq davası açılıb. Ona görə də proses uzanır. Məhkəmədən ağlaya-ağlaya çıxmışam. Uşaqlarım evsiz qalıb, buna baxılmır".
Qeyd edək ki, Kərim və Cananın üç övladı var. Canana həyat yoldaşının uşaqlara heç bir maddi dəstək göstərmədiyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31