Bakıda gənc qız özünü binadan atdı
1 Aprel 2021 10:36 SosialPirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.
O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
(APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31