Daha bir qadının intim videosu yayılır – Anons edildi
31 Mart 2021 13:51 SosialMilli Şuranın sədri, professor Cəmil Həsənlinin qızının gizli videosundan sonra yeni bir təxribat xarakterli görüntülər yayılacaq.
Olaylar.azxəbər verir ki, əvvəlki videonun yayıldığı "Telegram" kanalında bu barədə anons yerləşdirilib.
Bildirilib ki, AXCP-nin xanım funksinerlərindən biri barədə video yayımlanacaq (ad-soyad və fotosu ilə birgə anons edilib - red.).
Belə bir videonun doğrudan da olub-olmaması bəlli deyil. Mümkündür ki, bu anonsun özü də təxribat olsun.
Qeyd edək ki, son günlər intim videoların yayılması ölkədə ciddi bir gərginlik yaradıb. Aidiyyəti qurumlar bu videoları çəkənləri və yayanları axtardıqlarını bildirirlər.
Lakin hələlik heç bir nəticə yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31