Cəmil Həsənlinin qızı ilə bağlı NARKOTİK MÜƏMMASI
31 Mart 2021 13:42 SosialMilli Şuranın sədri Cəmil Həsənli son açıqlamalarından birində qızına psixotrop maddə verilməsinə işarə vurub. Qızı isə açıqlamasında deyib ki, olayı xatırlamır. Ata və qızının ziddiyyətli açıqlama və rəyləri isə olayın müəmma yükünü daha da artırmaqdadır.
Olaylar.az xatırladır ki, Günel Həsənli məlum video ilə bağlı polisə müraciət etmək haqqını özündə saxlayır, onun bu hüququndan istifadə edib-etməyəcəyi də bəlli deyil. Məlumdur ki, rəsmi şəkildə şikayət ediləcəksə Günel Həsənlinin qan analizi verəcəyi labüd görünür.
Hal-hazırda məlum video ilə bağlı ictimaiyyəti maraqlandıran əsas məsələ orada iştirak edən digər tərəflər, xüsusi ilə də kişi cinsini təmsil edən şəxsin kimliyidir. Həmin şəxsin üz görüntülərinin örtülməsi videonun da həmin şəxs tərəfindən çəkildiyi ehtimalını yaradır.
Bəlkə də Günel Həsənlini mütəmadi qaydada narkotiklərlə təchiz edən şəxs də videodakı şəxsdir. Bu isə narkotik aludəçiləri olan insanların dəfələrlə təchizatçıların "eksperimentlərinə" məruz qalması ilə bağlı ilk hal deyil.
Cəmil Həsənlinin oğlunun da narkotik maddələrin qəbulu nəticəsində dünyasını dəyişməsi barədə iddiaları nəzərə alsaq belə çıxır ki, Günel Həsənlinin narkotik vasitələrdən istifadə etdiyindən atası da xəbərdar imiş.
Cəmil Həsənli qan analizində bunun ortaya çıxacağını bilərək öncədən bununla bağlı ictimai rəy yaradılır. Yəni, qan analizlərinin nəticələri narkotik aludəçiliyi ilə bağlı müsbət nəticələnərsə ictimai rəy buna hazır olmuş olsun.
Hər bir halda hadisələrin gedişatını diqqətlə izləyirik.
Sfera.az