Qaxa köçdüyü deyilən Hacıbala Abutalıbov görün HARADADIR - Özü AÇIQLADI

Bir müddət əvvəl Bakını tərk edib, Qaxa köçdüyü barədə xəbərləri yayılan Bakının eks meri Hacıbala Abutalıbov barəsində yayılan xəbərlərə aydınlıq gətirib.

Olaylar.az xəbər verir ki, modern.az-ın suallarını cavablandıran Hacıbala Abutalıbov deyib ki, yazılanlar yalandır.

chr("39")chr("39")Yalandır! Bax, budur da, mən Bakıdayam!. İndi mən nə deyim?! Deyim ki, siz yaxud, başqası yalan yazmısınız? Jurnalist də pul qazanmalıdır. Ona görə nəsə demirəm. Amma mən Bakıda, öz evimdəyəm.

- Qaraçuxurdakı evinizdə?

- Bəli, nə vaxt gəlsəniz, mən Qaraçuxurdakı evimdəyəm.

- Ümumiyyətlə, sizin Qaxla hansısa bağlılığınız var?

- Əlbəttə var. Bacım, yoldaşı, ailəsi Qaxda yaşayır, orda evi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31