İSBAM nümayəndə heyəti Azərbaycanın İstanbuldakı Başkonsulu ilə görüşüb
31 Mart 2021 12:41 SosialQardaş Türkiyədə səfərdə olan İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Azərbaycanın Istanbuldakı Baş konsulu Nərminə Mustafayeva ilə görüş keçirib. "OLAYLAR" İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə səmimi qəbula görə xanım baş konsula öz təşəkkürünü bildirən İSBAM sədri Samir Adıgözəlli 29 mart tarixində Qarabağ savaşında iştirak edən qardaş Türkiyənin mətbuat işçilərinin Zəfər Media Mükafatı ilə mükafatlandırma mərasimindən bəhs edib. Onun sözlərinə görə qırx dörd günlük Vətən müharibəsində çiyin çiyinə mübarizə aparan Azərbaycan və Türk jurnalistlərinin Zəfər Media Mükafatı ilə mükafatlandırması özü böyük addımdır. Bu mükafatın növbəti mərhələsində mükafat alacaq jurnalistləri də müəyyən edəcəklərini bildirən Samir Adıgözəlli keçirilən tədbirin Türkiyə və Azərbaycan mediasında yüksək səviyyədə işıqlandırıldığını sözlərinə əlavə edib.