81 yaşlı aktrisa həbs edildi
31 Mart 2021 12:08 SosialAktrisa Nilüfer Aydan həbs edilib.Axşam.az "Anadolu Agentliyi"nə istinadən bildirir ki, o, prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etməkdə ittiham edilib.
Ötən gün keçirilən məhkəmədə ölkə başçısının vəkili Gökhan Arslanoğlu aktrisanın həbsini tələb edib. Məhkəmənin qərarı ilə Nilüfer 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, Aydan "Facebook" sosial şəbəkəsindəki hesabından 16 iyul 2016, 4 aprel 2017 və 7 oktyabr 2018 tarixlərində prezidentin şərəf və ləyaqətini alçaldan paylaşımlar edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31