Bakıda yoluxma səviyyəsi artdı - Son statistika

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Olaylar.az  "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.7 faiz. Martın 19-a olan statistikaya əsasən bu göstərici 52,9 faiz idi.

Hazırda yoluxma Abşeronda 12.9 faiz, Aranda 12.4 faiz, Gəncə-Qazaxda 7.8 faiz, Şəki-Zaqatalada 3.5 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.7 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31