Satıcının əl-ayağını bağlayıb mağazanı

Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib."Olaylar" DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb. Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31