"MilliÖn"də "BakıKart"l bağlı problem aradan qaldırılır

"MilliÖn" ödəniş terminallarında "BakıKart" balansının doldurulması ilə bağlı yaranmış problemlər aparatların texniki yenilənməsi ilə əlaqədardır.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə "BakıKart"dan bildiriblər.

"BakıKart"ın mütəxəssisi bildirib ki, bu problemlər gün ərzində aradan qaldırılacaq.

Bundan başqa, qeyd olunub ki, proqram təminatının yenilənməsi gediş kartlarının balansının doldurulması zamanı problem ehtimalını heçə endirəcək.

Qeyd edək ki, martın 29-dan etibarən sərnişinlər "MilliÖn" terminallarında "BakıKart"ların balansının doldurulması zamanı problemlə üzləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31