Yük avtomobilində siqaretlər aşkarlandı
30 Mart 2021 12:23 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və "DAF" markalı yük avtomobilləri saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3600 ədəd siqaret aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31