Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı – SİYAHI
30 Mart 2021 12:03 SosialTəhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.
Agentlikdən APA-ya verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib.
Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31