Deputat şəhid ailələri və qazilərlə görüşüb

Bayram günlərində Milli Məclisin deputatı , YAP Yevlax rayon təşkilatının sədri  İlham Məmmədovun növbəti  görüşü Yevlax rayonu Qoyunbinəsi kəndində şəhid ailələri və qazilərlə olub. "OLAYLAR"-a İlham Məmmədovun Deputat Qərargahından bildirilib ki, şəhid ailələrinin və qazilərin qayğılarını dinləyən millət vəkili onların problemlərinin həlli istiqamətində dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə icra etdiyi geniş miqyaslı tədbirlərdən söz açıb, Vətən uğrunda canından keçənlərin, sağlamlığını itirənlərin hər zaman yüksək tutulduğunu, onların ən yüksək münasibətə layiq olduğunu qeyd edib. İlham Məmmədov öz növbəsində ona edilmiş müraciətlərin  bir qismini aidiyyatı qurumlara birlikdə  həll etdiyini, bir qisminin isə həlli istiqamətində işlərin görüldüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31