Təhsil Nazirliyindən məlumat: Martın 30-u...
30 Mart 2021 10:06 Sosial"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının martın 30-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Olaylar.az bildirir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31