Abşeronda 35 yaşlı qadın intihar etdi

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Olaylar.az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Qasımova Elnarə Şakir qızı yaşadığı evdə özünü asıb.

İntiharın səbəbləri hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31