Altıağac Milli Parkının Direktorunun “makler” müavini kimdir?
29 Mart 2021 16:04 SosialAltıağac Milli Parkının Direktorunun təzə müavini təyin edilib. Bizə məlumat çatanda fikirləşdik ki, Azərbaycanda Ekologiya sahəsində çox təcrübəli, işini sevən mütəxəssislər çoxdu, yəqin ki, Ədalət müəlim də onlardan biridir. Lakin, araşdırmalardan sonra məlum oldu ki, həmin Ədalət müəllim heç də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində işləməmişdir. O, əvvəllər makler fəaliyyəti ilə məşğul olmuş və nazirliyin Audit şöbəsində işləyən yaxın qohumu vasitəsilə bu yüksək vəzifəyə təyinat almışdır. Allah xeyir versin demək lazimdir bu yerdə. Amma, deyə bilmirik, çünki Ədalət müəllim Milli Parkda turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq, təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji maarifləndirmək əvəzinə başqa fəaliyyət yolu seçmişdir. Milli Parkda işləyən və adının çəkilməsini istəməyən bir əməkdaşı bizə bildirdi ki, faktiki olaraq Milli Parkın fəaliyyətini hazırkı direktor,əslən Xızıdan olan və uzun müddət Ekologiya Nazirliyi sitemində işləyən Elbrus Fətulla oğlu Əliyev yox, məhz Ədalət müəllim idarə edir. Həmin əməkdaş bizə bildirdi ki, Ədalət müəllim Altıağac qəsəbəsində, Qızıl Qazma inzibatı ərazisində fəaliyyət göstərən iş adamlarını əsassız olaraq , müxtəlif bəhanələrlə incidir, onlarla əvvəllər bağlanılmış icarə müqavilələrinin ləğv edilməsini, iş adamlarını rəzil duruma sala biləcək yeni müqavilə bağlanılmasını tələb edir,əks halda müqavilələrin ləğv ediləcəyini və illərlə orada fəaliyyət göstərən iş adamlarının obyektlərinin bağlanılması, onlarla insanı işsiz qoymaqla ilə hədələyir. Hətda, bizdə olan məlumat görə, Ədalət müəllim müqavilə bağlanılmadan da işləməklə bağlı iş adamlarına müxtəlif "təklifər" irəli sürür. Bizdə olan məlumata görə Xizi rayon Polis Şöbəsində həm Altıağac Milli Parkının Direktoru və həm də müavini haqqında cinayət işi başlanılmışdır. Həm Ədalət müəllim, həm də Elbrus müəllim istintaqa çağrılıb dindirilmişlər. Hətda, onlar tərəfindən bəzi iş adamlarından rüşvət tələb etmək şübhələrinin olması da qeyd olunur. Onlar tərəfindən meşələrdə qanunsuz ağac kəsilməsi və satılması ilə bağlı da söhbətlər dolaşmaqadır.
Atalar yaxşı deyib, "özgəsinə quyu qazan özü düşər." Başqalarına böhtan atan Ədalət müəllimlə, Elbrus müəllim yəqin ki, əməllərinə görə layiqli qiymətlərini alacaqlar. Bu gün Azərbaycan hüquq mühafizə orqanları yüksək peşəkarlıq göstərirlər.
İnanırıq ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziriyinin rəhbərliyi də Altıağac Milli parkının Direktorunun və müavinin əməlləri barədə araşdırma aparacaqdır.